Türkiyədə polis İŞİD terror qruplaşmasına qarşı növbəti əməliyyat keçirib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda İŞİD-ə qarşı keçirilən əməliyyatda şübhəlilərə məxsus 68 ünvana basqın edilib. Əməliyyat zamanı 59 nəfər saxlanılıb, silah-sursat, çoxsaylı rəqəmsal materiallar və təşkilati sənədlər götürülüb.