Bu gün Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumunun başlamasından 3 il ötür.
"Unikal" məlumat verir ki, 2022-ci ilin fevralın 24-də rus qoşunları suveren Ukraynaya hücum edərək, İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük müharibənin başlamasına səbəb olub.
Həmin gün Rusiya prezidenti Vladimir Putin Rusiya-Ukrayna arasında “xüsusi hərbi əməliyyat”ın başladığını elan edib. Bir neçə dəqiqədən sonra Ukrayna şəhərləri partlayış səslərinə oyanıb - Rusiya raketləri hərbi aerodromlara, anbarlara, daha sonra isə yaşayış binalarına hücum edib.
İlk həftələrdə ruslar bir anda bir neçə istiqamətdə - Krımdan və Donbassdan hücuma keçiblər. Kremlin əsas məqsədi Kiyevi ələ keçirmək idi:
"İşğalçılar ildırım sürəti ilə paytaxta soxulmaq, Ukrayna hökumətini sıradan çıxarmaq və ölkəni təslim olmağa məcbur etmək istəyirdilər. Hətta Rusiya “Kiyevin tutulması” üçün üç-beş gün vaxt ayırdığını açıqlayırdı", - deyə Ukraynın "Unian" nəşri yazır.
Reallıq isə fərqli oldu. Qısa zamanda ABŞ başda olmaqla digər Avropa ölkələri Ukraynaya yardım əli uzatdılar. Aylardır davam edən Ukrayna-Rusiya arasında sözügedən ölkələrin də payı çoxdur. Təkcə Kiyevə hərbi yardım paketi ayırmaqla yanaşı, NATO, Aİ ölkələri yüksək səviyyədə rəsmi Moskvaya sanksiyalar tətbiq etdilər. Rusiyanın dünya çapında tanınmış oliqarxları Avropanı tərk etdilər. Səhmlərinin azalması səbəbindən milyarderlər Rusiyaya qayıtdı. Dünyanın ən bahalı brendləri də Kiyevə hücuma görə Rusiya bazarlarını tərk etdilər.
Müharibənin ilk zamanlarında Ukraynanın Donbas regioninda yaradılmış “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublika”sında qondarma prezident seçkiləri keçirilib. "Respublikalar" özlərini müstəqil Rusiya ərazisi hesab edib. Bununla yanaşı, Xerson və Mariupolun bir hissəsi də Rusiyanın nəzarəti altına keçib.
3 il davam edən müharibədə Rusiyaya edilən sanksiyalara baxmayaraq öz müqaviməti əsasında Ukraynaya hücumu davam etdirir. Bunun fonunda Kiyevdə Rusiya ərazilərini raketlərə, müxtəlif silahlarla, o cümlədə PUA-larla hücuma keçib. Ötən ilin avqustun 6-da Ukrayna Rusiyanın Kursk vilayətinə hücum edib. Nəticədə Kursk vilayətinin mühüm bir hissəsi Kieyvin nəzarəti altına keçib. Demək olar ki, ərazidə döyüşlər yenə də davam edir. Ukrayna nəzarətə götürdüyü bölgədən qoşunlarını çıxarmayacağını açıqlayıb. Nəticədə vilayətin əhalisi Rusiyanın müxtəlif bölgələrinə təxliyə olunub.
Müharibə hər iki tərəfə ciddi itkilərlə baha başa gəlib. 24 fevral 2022-ci ildən bəri Ukraynada azı 12 654 mülki şəxs həlak olub, 29 392 nəfər yaralanıb. Ölənlər arasında 673-ü uşaqdır. Daha 1865 azyaşlı isə yaralanıb.
Üç il davam edən müharibədə Ukrayna hakimiyyəti nadir hallarda hərbi itkilər barədə məlumatları açıqlayıb. Lakin 2025-ci ilin fevral ayının əvvəlində Ukrayna lideri Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində ən son itkilər barəsində danışıb. O, 3 il davam edən müharibədə 45 100 hərbçinin həlak olduğunu bildirib.
Rusiya işğalı başlayandan bəri Ukraynanın iqtisadi itkilərini izləyən Kiyev İqtisadiyyat Məktəbinin (KSE) hesablamalarına görə, 2024-cü ilin noyabr ayına kimi ölkənin infrastrukturuna dəymiş birbaşa zərərin ümumi məbləği 170 milyard dollara yüksəlib.
KSE-nin qeyd etdiyi kimi, ən çox itkilərə mənzil fondu, nəqliyyat infrastrukturu və enerji dəyib. Ən böyük dağıntıya Donetsk, Xarkov, Luqansk, Kiyev, Çerniqov və Xerson vilayətləri məruz qalıb.
Nəqliyyat infrastrukturuna - yollara, limanlara, aviasiya sənayesinə dəymiş ziyan 38,5 milyard dollar qiymətləndirilir. Bundan əlavə, KSE hesablamalarına görə, Ukraynadakı müharibə zamanı 260 min avtomobil məhv edilib və ya zədələnib.
Ukrayna Maliyyə Nazirliyinin məlumatıa görə, 2024-cü il üçün təhlükəsizlik və müdafiə üçün büdcə xərcləri təxminən 2,1 trilyon qrivna (51,9 milyard dollar) təşkil edib. Yəni orta hesabla bir müharibə günü təxminən 5,7 milyard qrivenə (142 milyon dollar) başa gəlib. 2025-ci ildə Müdafiə Qüvvələrinin təminatına 2,2 trilyon qrivnadan (49 milyard dollar) çox vəsait ayrılıb ki, bu da ÜDM-in 26,3%-ni təşkil edir.
Həmçinin, qeyd olunur ki, 2024-cü ildə Ukrayna tərəfdaşlardan təxminən 41,7 milyard dollar maliyyə yardımı alıb. 2022-2024-cü illərdə Ukrayna öz büdcəsi üçün müttəfiqlərindən 115 milyard dollardan çox pul alıb.
Gülayə Mecid