Rusiyanın Marseldəki Baş Konsulluğunun ərazisində naməlum şəxslərin diplomatik idarənin bağçasına molotov kokteyli olan iki butulka atmasından sonra partlayış baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat dərc edib.
"Polisdəki mənbələrə görə, bu gün səhər saatlarında konsulluğun bağçasına iki molotov kokteyli atılıb. Yaxınlıqda oğurlanmış avtomobil tapılıb", - məlumatda qeyd olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
***12:15
Fransanın Marsel şəhərində Rusiya Baş Konsulluğu yaxınlığında partlayış baş verib.
"Unikal" xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
"Marseldəki yanğınsöndürənlər Parisin 8-ci rayonunda, Rusiya konsulluğuna yaxın ərazidə partlayışın baş verdiyini təsdiqləyiblər", - məqalədə deyilir.
Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.