Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib.
"Unikal" "Reuters"ə istinadən xəbər verir ki, Rusiyaya qarşı 16-cı sanksiyalar paketinə 48 fiziki və 35 hüquqi şəxsi daxil edilib.
Aİ Rusiyanın kölgə donanmasına daxil olduğu iddia edilən 74 gəmiyə sanksiya tətbiq edib, Rusiyanın 8 media orqanının Avropada yayımını qadağan edib, Rusiyanın 13 bankını SWIFT ödəniş sistemindən ayırıb.
Bununla bərabər Aİ Hindistan, Qazaxıstan, Çin, BƏƏ, Sinqapur, Türkiyə və Özbəkistan da daxil olmaqla 53 şirkəti qara siyahıya salıb, Rusiyaya neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq və texnologiyanın tədarükünə yeni məhdudiyyətlər qoyub və öz bizneslərinə Rusiyanın bir sıra limanları və hava limanları ilə iş aparmağı qadağan edib.
Rusiyadan ilkin alüminium idxalına da qadağa qoyulub.
Aİ həmçinin Avropa şirkətlərinə Rusiyaya təyyarə və aviasiya texnologiyaları ixracını qadağan edib.
Ağarza Elçinoğlu