Masallı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, ötən gün saat 13 radələrində Elşən Xudayev idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən rayonun Şıxlar kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi Viləşçayın üzərindəki körpüdən çay yatağına aşıb.
Sürücü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Anar Kəlbiyev