"Dağlıq Qarabağ (Bundan sonra Qarabağ) nə beynəlxalq ictimaiyyət, nə də Ermənistan tərəfindən dövlət kimi tanınmayıb. Yeri gəlmişkən, Ermənistan Alma-Ata Bəyannaməsini qəbul etdikdən sonra (1991-ci il - red.), Qarabağ Sovet Azərbaycanının bölgəsi olduğundan onun Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edib, tanıyıb". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın İctimai Radiosuna müsahibəsində Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini deyib.

"Ona görə də 2022-ci ildə Praqada Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığını iddia edənlər yalan danışırlar, çünki Alma-Ata bəyannaməsindən sonra Qarabağ Ermənistan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Yeri gəlmişkən, Praqa yalnız Alma-Ata bəyannaməsinə istinad edir, xatırladır", - səfir açıqlayıb. 

Ağarza Elçinoğlu