Xəbər verdiyimiz kimi, Ermənistanın xarici işlər nazirləri Ararat Mirzoyan və İranın Abbas Araqçi BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən sessiyası çərçivəsində görüşüblər. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, nazirlər regionda kommunikasiyaların açılmasını müzakirə ediblər.

XİN rəhbərləri regional məsələlərlə bağlı fikir mübadiləsi aparıb, uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi səylərinə toxunublar: "Beynəlxalq hüququn fundamental prinsiplərinə qeyd-şərtsiz hörmət əsasında regional iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələləri müzakirə edilib".

Tərəflər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq imkanlarına da toxunublar.

*** 15:02

Cenevrədə Ermənistan və İran xarici işlər nazirləri Ararat Mirzoyanla Abbas Əraqçi arasında görüş baş tutub.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qeyd edək ki, nazirlər BMT-nin İnsan Hüquqları Şurasının və Cenevrədə tərksilah üzrə konfransı çərçivəsində görüşüblər. 

Ağarza Elçinoğlu