Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-dən İrana heç bir mesaj çatdırmayıb.

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib. O qeyd edib ki, Lavrov İran tərəfinə amerikalılarla danışıqların gedişi barədə ətraflı məlumat verib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri region ölkələrinin nümayəndələri ilə digər görüşlər barədə də məlumat paylaşıb. Əraqçinin sözlərinə görə,söhbət zamanı ABŞ-dən heç bir mesaj eşidilməyib. O əlavə edib ki, tərəflər heç bir mesaj ötürmək barədə razılığa gəlməyiblər.