"Kollektiv olaraq Qərb ölkələri çıxılmaz vəziyyətə düşüblər, lakin oradan çıxış yolu var". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat vurğulayıb ki, bu ölkələrin öz səhvlərini etiraf etmələri və aqressiv mövqelərinə görə təəssüf hissi ifadə etmək vacibdir.

Onun fikrincə, Qərbin çıxış yolu dar seçimlə məhdudlaşmır, ona parlaq imkan verilir ki, bu da səhvləri etiraf etməkdən və Rusiyaya qarşı aqressiv siyasətinin gözlənilən nəticəni verməməsindən ibarətdir: "İndi biz eşidirik ki, insanların öldürülməsinə, Ukrayna dövlətinin məhvinə xərclənən yüz milyardlarla dollar və avro xərclənir. Onlar nəinki bunu qəbul etməli, həm də buna görə peşman olmalıdırlar".

Ağarza Elçinoğlu