"12-ci təkliflər paketini almağımız prosesin dalana dirənmədiyini göstərir".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan parlamentində jurnalistlərlə söhbətində sülh müqaviləsini şərh edərkən deyib.
“İndi biz öz təkliflərimizi təqdim etməliyik, yəni proses gedir. Digər tərəfdən, etiraf etməliyik ki, delimitasiya komissiyaları işləyir. Biz də həll yolunu təklif etmişik və ümid edirik ki, Azərbaycan bu həllə müsbət cavab verəcək, çünki açığını desəm, mən təhlil edirəm və çox düşünürəm ki, Azərbaycan niyə bizim təklifimizə mənfi cavab verməlidir. Obyektiv təhlil göstərir ki, ondan imtina etmək üçün heç bir əsas yoxdur. Söhbət Ermənistanla Azərbaycan arasında dəmir yolu nəqliyyatından, yəni Qərbi Azərbaycandan Naxçıvana və Ermənistandan Ermənistana - Yerasxdan Mehriyə qədər olan dəmir yolu daşımalarından gedir. Həm də hər iki ölkə beynəlxalq yük daşımaları üçün bir-birinin ərazisindən keçən dəmir yollarından istifadə etmək imkanı əldə edəcək”, - deyə Paşinyan qeyd edib.
O bildirib ki, Ermənistan Azərbaycanla dəmir yolunun istismar şərtlərini daha da sadələşdirməyə hazırdır.
“Mən tez-tez təhlil edirəm və düşünürəm ki, Azərbaycan niyə bizim təklifimizə mənfi reaksiya verməlidir. Obyektiv təhlil göstərir ki, imtina üçün heç bir əsas yoxdur”, - Paşinyan söyləyib.