Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı Ukraynada səsvermə keçirilsə, prezident seçkilərinin ilk turunda lider olacaq.

"Unikal" xəbər verir ki, "Socis"in 2025-ci ilin fevral ayı üçün sorğusuna əsasən, respondentlərin 27,2%-i ona səs verməyə hazırdır.

Hazırkı prezident Volodimir Zelenski 15,9 faizlə ikinci olacaq.

İkinci turda Zalujnı 74,9 faiz, Zelenski 25,1 faiz səs alacaqdı. Hazırkı prezidentə etimad səviyyəsi 39,6% təşkil edir (Ukraynalıların 57%-i ona etibar etmir). Zalujnı bu göstəriciyə görə 73,7% ilə başçılıq edir və Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu (51,3%) qabaqlayır.

Fevralın 26-da Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya bildirib ki, əri ömürlük postunda qalmağı planlaşdırmır.