Fələstinin HƏMAS qruplaşması israilli girovların cəsədlərini Qırmızı Xaç Cəmiyyətinə təhvil verib."

"Unikal" xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən məlumat yayıb.

“Qəzza zolağında əsir saxlanılan 4 israillinin cəsədi HƏMAS tərəfindən Qırmızı Xaç təşkilatına təhvil verilib”, - məlumatda deyilir.

Mənbələrin telekanala verdiyi məlumata görə, cəsədlərin təhvil verilməsi mərasimsiz və jurnalistlərdən uzaqda, Qəzzanın cənubundakı Xan Yunisdə baş tutub.