“Agalarov Development” şirkətinin prezidenti, “Crocus Group”un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov bildirib ki, Moskva yaxınlığındakı Krasnoqorskda terror aktı nəticəsində dağıdılan “Crocus City Hall”ın taleyi hələlik müəyyənləşməyib.
"Unikal" xəbər verir ki, o, bu barədə "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.
"Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, terror aktının baş verdiyi zal bərpa olunmayacaq", - Emin Ağalarov qeyd edib.
O, konsert zalının hazırda bərbad vəziyyətdə olduğunu bildirib.
Xatırladaq ki, 22 mart 2024-cü il tarixində Rusiyanın Moskva şəhərindəki "Crocus City Hall"ın konsert zalında terror aktı törədilib. Bir neçə silahlı şəxs məkana toplaşan insanlara kütləvi atəş açıb və məkanı yandırmaq üçün yandırıcı vasitələrdən istifadə edib. Hücum 2004-cü ildə Beslanda terror aktından sonra Rusiyada ən qanlı terror aktı olmaqla, ən azı 144 nəfərin ölümü, 360-dan çox insanın yaralanması ilə nəticələnib.
Gülayə Mecid