Gənc çinli turist qarlı dağlarda itkin düşüb.
"Unikal" xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb .
Bildirilir ki, 18 yaşlı Sun Lianq Şensi əyalətindəki Qinlin dağ silsiləsi ilə 170 km-lik çətin marşrutu təkbaşına keçirməyə cəhd edib. Lakin iki gündən sonra o, ailəsi ilə əlaqəni kəsib - elektron cihazlarının batareyası bitib. Turist çayla aşağı getməyə çalışsa da, bir neçə dəfə yıxılaraq qolunu sındırıb.
Küləkdən sığınmaq üçün quru samandan yataq düzəldib. Ekstremal idmançı dərədən su içib, diş pastası və qar yeyib, bunun sayəsində sağ qalıb, kömək gözləyə bilib. Xilasedicilər onu 10 gündən sonra tapıblar.
“Bu ərazi ümumiyyətlə gəzinti üçün uyğun deyil. Külək o qədər güclü idi ki, ayaq üstə dayana bilmirdim, gözlərimi çətinliklə aça bildim", - deyə gənc Çin mətbuatına açıqlama verib.
Gülayə Mecid