Mərakeşin Kralı VI Məhəmməd iqlim dəyişikliyinin yaratdığı quraqlıq və iqtisadi səbəblərdən bu il ölkədə heyvanların qurban kəsilməməsinə çağırıb. 

"Unikal" xəbər verir ki, Kralın bu mesajını xalqa Mərakeşin dini işlər və vəqflər naziri Əhməd əl-Tövfik dövlət televiziyasında açıqlayıb. 

Ölkə rəhbərliyi olaraq üzərlərinə düşən məsuliyyət və dini vəzifələri asanlaşdırmaq öhdəliyi çərçivəsində ictimaiyyəti bu il qurban kəsməkdən çəkinməyə çağıran mesajda Kral VI Məhəmmədin Mərakeş xalqı adına bu ibadəti yerinə yetirəcəyi bildirilib.

Mesajda Qurban bayramının adi mənəvi mənaları və tələbləri ilə qeyd olunacağı da ifadə olunub 

Qeyd edək ki, daha əvvəl də Mərakeşdə bu hal baş verib.1963, 1981 və 1996-cı illərdə insanlardan heyvanları qurban kəsməkdən çəkinmələri istənilib.

Gülayə Mecid