Bu gün İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında Ukrayna məsələsi üzrə növbəti görüş olacaq. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Bildirilir ki, görüş Amerikanın İstanbuldakı baş konsulunun iqamətgahında baş tutacaq. Artıq Rusiya nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün iqamətgahına gəlib.

Qeyd edək ki, bundan əvvəlki görüş  fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilib. 

Gülayə Mecid