20 ildir Çanaqqalada idman məqsədi ilə peşəkar şəkildə dalışla məşğul olan Çetin Ege Doğan adlı kişi Saros sahillərində gözlənilməz hadisə ilə qarşılanıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, dalğıc sörfinq zamanı 25 metr dərinliyə dalıb. Bu zaman o, nadir hallarda görünən nəhəng balıqla qarşılaşıb. Balığı tutaraq sahilə çıxaran kişi onunla birgə foto çəkdirib. Çəkisi 63 kiloqram, uzunluğu 1,8 metr olan balıq sosial mediada diqqət çəkib.
Doğan foto çəkdirdikdən sonra canlını dənizə buraxıb.
Seymur Əli