Polkovnik Yevgeni Qolovatinin meyiti Moskvanın Ryazanski prospektində Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi Cinayət və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin binasında tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.

İlkin ehtimala görə, polis polkovniki xidməti tapançasından istifadə edərək iş otağında intihar edib. 

"Rusiya Federasiyasının İstintaq Komitəsinin istintaq orqanları kabinetdə yoxlama aparır, onun nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək", - KİV yazıb. 

Bildirilir ki, polkovnik iri sənaye müəssisələrində cinayətkarlıqla mübarizə aparan “P” idarəsinin rəis müavini olub.

Gülayə Mecid