"Radikal HƏMAS hərəkatı ideyası müstəqil Fələstin dövləti yaranana qədər mövcud olacaq". 

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin “Əl-Cəzirə” telekanalına açıqlamasında deyib. 

"HƏMAS İsrail işğalına cavab olaraq yaranan bir ideyadır. HƏMAS bu gün tərk edə bilər, lakin işğal qaldığı müddətcə müqavimət başqa yollarla davam edəcək”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, HƏMAS-ın roluna diqqət yetirilməsi əslində “Fələstin torpaqlarının işğalı” olan problemdən yayınmadır. Beləliklə, Fidanın fikrincə, gələcəkdə “müqavimətə daha çox qadir olan, daha döyüş qabiliyyətinə malik” hərəkat yarana və tarix təkrarlana bilər.

Gülayə Mecid