Türkiyənin Konya vilayətində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı sərgi-tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Konya Ədalət Sarayında baş tutan tədbirə türk və azərbaycanlı hüquq müdafiəçiləri, eləcə də yerli və xarici media işçiləri və digərləri böyük diqqət göstərib. Tədbirin Ədalət Sarayında keçirilməsi isə simvolik məna kəsb edir. Belə ki, bununla Xocalı faciəsini törədənlərin ədalət qarşısında cavab verəcəyinə işarə edilib.
Vəkil Fidan Mustafayeva sərgiyə qatılanlara Xocalı faciəsi haqqında ətraflı məlumat verib, hazırda isə antiterror əməliyyatından sonra Xocalıya böyük qayıdışın başlandığını bildirib.
Vəkillər Bürosunun sədri Oktay Unkur sərgi əsnasında bildirdi ki, Türkiyə qardaş Azərbaycan xalqının faciəsini bölüşür, soyqırımını dünyada tanıtmaq təşəbbüsünü dəstəkləyir.
Ağarza Elçinoğlu