"Rusiyadan ərazi güzəştləri tələb etmək çətin olacaq və ABŞ prezidenti Donald Tramp bunu başa düşür".
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Trampın mövqeyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təmas xətti boyunca Ukraynada münaqişənin dayandırılmasının qeyri-mümkünlüyü ilə bağlı dediyi sözlərə uyğundur.
“Bu, birbaşa olaraq bununla bağlıdır, çünki Donald Tramp bunun çətin olacağını söylədi. Bu, hər kəsin hər şeyi başa düşdüyünü göstərir”, - Zaxarova əlavə edib.
Xatırladaq ki, Lavrov daha əvvəl bəyan etmişdi ki, Ukraynada münaqişənin cəbhə xətti boyunca dondurulması Rusiya Konstitusiyasının müddəalarına görə mümkün deyil.
Gülayə Mecid