"Birinci Qarabağ müharibəsi zamanı da Bakıda olan dostlarımız var idi, amma o vaxt Sovet İttifaqı da var idi".
"Unikal" xəbər verir ki, bunu erməni deputat Andranik Köçəryan deyib.
Deputatın sözlərinə görə, birinci Qarabağ müharibəsi zamanı OMON əməliyyatlar keçirərək bir neçə ermənini həbs edib: "Samvel Babayan və Manvel Qriqoryan var idi, onlar OMON-un əməliyyatları zamanı tutulub Şuşaya və Bakıya aparılıblar, lakin sonra mübadilə yolu ilə onları geri qaytarmaq imkanı olub. Məsələn, Samvel Babayan azərbaycanlı məmurla dəyişdirilib. Sonra məhbuslar məsələsi mübadilə yolu ilə həll edildi".
Ağarza Elçinoğlu