Ermənistan parlamentinin hakim partiyasının deputatı Andranik Köçəryan hazırda Bakıda məhkəmə prosesi keçirilən Ruben Vardanyandan danışıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Deputatın sözlərinə görə, Vardanyanın vaxtilə dedikləri bu gün ona qarşı istifadə olunur: "Ruben Vardanyan imkanlı adamdır. Vardanyan vaxtilə o qədər şeylər demişdi ki, bu gün onlardan ona qarşı istifadə olunur. Bilmirsənmi ki, sənə qarşı istifadə olunacaq sözlər demək olmaz? 

Təhlükəsizlik işçiləri var, onlar anlamalı idilər ki, belə məmurları ələ keçirmək ölkə üçün təhlükədir. Biz İsrailin məntiqi ilə hərəkət edə bilmərik: sən get, hər şeyi danış, biz sənin arxanca gələcəyik, İsrail buna icazə verə bilər, amma biz edə bilmərik. Bunun üçün ölkəmizin bütün təhlükəsizlik şəbəkəsini bir neçə pillə qaldırmalıyıq". 

Ağarza Elçinoğlu