İqor Titov Rusiyanın Gümrüdəki baş konsulu təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Titov Rusiyanın Qafanda baş konsulluğunun açılması üçün aparıcı qrupun rəhbəri olub.
Xatırladaq ki, Rusiyanın Gümrüdəki baş konsulu vəzifəsi Ruslan Kandaurovun ölümündən sonra 2024-cü ilin noyabrından boşdur.
Ağarza Elçinoğlu