Avropa təhlükəsizlik arxitekturasında islahatlar aparmaq istəyirsə, bunu Türkiyəsiz etməməlidir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"NATO olmadan Avropanın təhlükəsizlik arxitekturasının necə formalaşacağı ilə bağlı müzakirələr gedir. Türkiyəni istisna edən Avropa təhlükəsizlik arxitekturası real olmayacaq", - deyə nazir vurğulayıb.
O qeyd edib ki, Türkiyə kimi güclü ölkə olmadan Avropa təhlükəsizlik bloku güclü olmayacaq.
Ağarza Elçinoğlu