ABŞ prezidenti Donald Tramp ölkədən miqrantların kütləvi deportasiyasına hazırlaşır.
"Unikal" CNN-ə istinadən xəbər verir ki, bu məqsədlə Ağ Ev 1798-ci il tarixli Yad Düşmənlər Aktını işə salmağı planlaşdırır.
Bu, 18-ci əsrdə qəbul edilmiş qanundur və ABŞ prezidentinə müharibə və ya xarici ölkədən təhlükə yaranarsa, əcnəbiləri məhkəməsiz saxlayıb deportasiya etmək səlahiyyəti verir.
Bununla belə, hüquq müdafiəçiləri qeyd edirlər ki, onun qeyri-qanuni mühacirlərə tətbiqi hüquqi çətinliklərlə üzləşə bilər, çünki ABŞ müharibə şəraitində deyil.