Moskvanın Doroqomilovski Məhkəməsi Rusiya Federasiyasının nəqliyyat nazirinin keçmiş müavini İqor Çaliki mənimsəmə cinayəti ilə bağlı cinayət işi üzrə ev dustaqlığına buraxıb. 

"Unikal" xəbər verir ki, bu barədə hakim qərarı elan edib. 

"İbtidai istintaq orqanlarının vəsatəti təmin edilib və təqsirləndirilən Çalik aprelin 24-dək ev dustaqlığına buraxılıb", - deyə qeyd edilib. 

İstintaq bundan əvvəl Çalikin ev dustaqlığına buraxılması barədə vəsatət vermişdi.