ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əvvəllər tətbiq edilmiş bəzi sanksiyaların müddətini bir il uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir.

Söhbət Vaşinqtonun 2022, 2018 və 2014-cü illərdə Ukraynadakı vəziyyətlə bağlı Rusiya Federasiyasına qarşı tətbiq etdiyi məhdudiyyətlərdən gedir.