PKK-nın Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın çağırışına terror təşkilatının Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslim reaksiya verib.

"Unikal" bu barədə "Sabah" nəşrinə istinadən xəbər verir.

Müslim Öcalanın çağırışını dəstəkləyib.

"Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, silahı yerə qoymağı qəbul edirik", - deyə o bildirib.

Xatırladaq ki, Öcalan PKK terrorçularını silahları dərhal yerə qoymağa çağırıb. "Silahları dərhal yerə qoyun. Bu tarixi məsuliyyəti öz üzərimə götürürəm. Sülh cəmiyyənin inkişaf etməsi lazımdır", - müraciətdə deyilir.

O qeyd edib ki, bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır.