Fransanın keçmiş prezidenti Fransua Olland deyib ki, Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampa zərbə endirməlidir.

"Unikal" xəbər verir ki, Ollandın sözlərinə görə, ABŞ prezidenti ancaq "pul kisəsinə və pula reaksiya verir".

O əlavə edib ki, avropalılar və fransızlar ön planda olmalı və Trampa “çox güclü zərbə” vurmalıdırlar. Olland hesab edir ki, Ağ Evin rəhbəri “həyasızcasına” Ukrayna tərəfdən nadir torpaq metalları tələb edib və Kiyevə təhlükəsizlik zəmanəti verməkdən imtina edib.

Siyasətçi bildirib ki, avropalılar Amerika iqtisadiyyatına və puluna zərər vurmağa çalışmalıdırlar.