İraq Kürdüstanı PKK terror təşkilatının üzvlərinin silahı yerə qoyması ilə bağlı təşəbbüsləri dəstəkləyir.
“Unikal” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani deyib.
O, bu çağırışı müsbət qarşıladıqlarını bildirib: “PKK bu çağırışa sadiq qalmalıdır. Bu addımın sabitliyə töhfə verəcəyinə ümid edirik. Beləliklə, daha yaxşı nəticə əldə etmək olar. Silahlı mübarizə artıq əhəmiyyətini itirib”.