Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putini “böyük dost” adlandırıb və onu yenidən respublikaya səfərə dəvət edib.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyədə işgüzar səfərdə olan Federasiya Şurasının sədri Valentina Matviyenko məlumat verib.
Federasiya Şurasının sədrinin sözlərinə görə, o, Vladimir Putinin mesajını Türkiyə prezidentinə çatdırıb. “Rəcəb Tayyib Ərdoğan məndən Türkiyəyə səfərinin çox gözlənildiyini bir daha söyləməyimi istədi. Vladimir Putini böyük dostu adlandırırdı. Hamımız bilirik ki, onların həqiqətən çox yaxşı şəxsi münasibətləri var”, - Matviyenko bildirib.
Gülayə Mecid