Skype 2025-ci ilin mayında fəaliyyətini dayandıracaq.
"Unikal" xəbər verir ki, bu barədə xidmətin X sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
"2025-ci ilin may ayından etibarən Skype artıq mövcud olmayacaq. Yaxın günlərdə siz bütün söhbətlərinizə və kontaktlarınıza bağlı qalmaq üçün Skype hesabınızla "Microsoft Teams"ə pulsuz daxil ola biləcəksiniz. "Skype"ın bir hissəsi olduğunuz üçün təşəkkür edirik", - xidmətdən deyilib.
Qeyd edək ki, Skype 2003-cü ildə yaradılıb. O, 2011-ci ildə Microsoft tərəfindən 8,5 milyard dollara alınıb və bu, o zaman korporasiyanın tarixində ən böyük sövdələşmə olub.