Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Nürnberq” komandası ikinci Bundesliqada növbəti oyununu keçirib.

"Unikal" xəbər verir ki, Miroslav Klozenin baş məşqçisi olduğu kollektiv 24-cü turda “Hannover”i qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı  qələbəsi ilə bitib.

Emreli görüşün 77-ci dəqiqəsində Robin Noçun əvəzinə meydana çıxıb.

Qeyd edək ki, azərbaycanlı forvard bundan əvvəlki iki görüşün iştirak ərizəsində yer almamışdı.