İran parlamentində deputatlar İranın iqtisadiyyat və maliyyə naziri Əbdünnaser Hemmətinə etimad səsverməsini geri götürüblər.

"Unikal" "Mehr" agentliyinə istinadən xəbər verir ki, qtisadiyyat naziri Hemməti yenidən parlamentin etimad səsini qazana bilmədiyi üçün, o, vəzifəsindən uzaqlaşdırılıb.

İran parlamentinin üzvləri verilən 273 səsdən 182 lehinə, 89 əleyhinə, 1 bitərəf və bir etibarsız səs verərək Hemmətiyə etimad səsvermələrini geri götürüblər.

Günün əvvəlində İranın iqtisadiyyat və maliyyə naziri Əbdünasser Hemməti martın 2-də parlamentdə milli valyutanın devalvasiyası ilə bağlı açıqlama verib.

Hemməti, nazirliyinin fəaliyyətindən və iqtisadi vəziyyətin zəif idarə olunmasından şikayət edən bəzi millət vəkillərinin suallarını cavablandırmaq üçün parlamentə gedib. İran prezidenti Məsud Pezeşkian da öz nazirini müdafiə etmək üçün impiçment dinləmələrində iştirak edib. Prezident dəfələrlə deyib ki, sifət dəyişikliyi ciddi dəyişikliklərə səbəb olmayacaq.

İran konstitusiyasına görə, qanunvericilər lazım bildikləri zaman nazirləri impiçment edə bilərlər. Ən azı on imza alarsa, impiçment iddiası qaldırıla bilər.