Türkiyə Superliqasında XXVI turun növbəti oyunu keçirilib.

"Unikal" xəbər verir ki, çempionluq mübarizəsi aparan “Fənərbağça” doğma meydanda “Antalyaspor”u qəbul edib. Görüş ev sahibinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla xallarını 61-ə çatdıran İstanbul təmsilçisi 2-ci pillədə qərarlaşıb.