Federal Təhqiqat Bürosunun (FTB) Nyu-York ofisinin rəhbəri Ceyms Dennehi ölkə prezidenti Donald Trampı tənqid etdikdən sonra istefa verməyə məcbur olub.
"Unikal" xəbər verir ki, bu barədə mənbələrə istinadən "NBC News" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Dennehiyə seçim imkanı verilib: ya vəzifəsini özü tərk edəcək, ya da işdən çıxarılacaq.
"Cümə günü mənə məlumat verildi ki, mən bu gün istefa ərizəmi təqdim etməliyəm və mən bunu etdim", - Ceyms Dennehi deyib.
Gülayə Mecid