İqdır-Naxçıvan Qaz Kəməri enerji sahəsində əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində deyib.
(İğdır-Naxçıvan Təbii Qaz Boru Kəməri) Bu gün biz ölkələrimizə Naxçıvanın enerji təhlükəsizliyinə uzun illər zəmanət verəcək bir layihə gətiririk.
(Türkiyə-Azərbaycan) Biz bundan sonra regional sülhə, firavanlığa və əmin-amanlığa yönəlmiş hər cür layihələri birlikdə həyata keçirmək əzmindəyik.
Türkiyə və Azərbaycan sülhün, əmin-amanlığın, firavanlığın tərəfindədir. Biz yalnız regionumuzda sülh istəyirik, əməkdaşlıq istəyirik, birlikdə inkişaf etmək istəyirik.