Martın 7-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.
"Unikal" xəbər verir ki, toplantı Səudiyyə Ərəbistanın Ciddə şəhərində baş tutacaq.
İclasda üzv ölkələrin nazirlərinin iştirakı gözlənilir.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, ölkənin baş diplomatı Hakan Fidan da toplantıya qatılacaq.