Cənubi Amerikanın Ekvador ölkəsində qiyam törədilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Quayaquil şəhərində dəstələr arasında baş verən qarşıdurmada 22 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib, araşdırmalara başlanılıb. Polis hücumlarda "Los Tiguerones" adlı mütəşəkkil cinayətkar dəstəni günahlandırıb.