Mərkəzi Aran Reqional Təhsil İdarəsinin Ucar rayon Təhsil sektorunun müdiri Rahib Burcəliyev cəzalandırılıb. 

"Unikal"ın əldə etdiyi məlumata görə, sektor müdirinə Təhsil İdarəsi tərəfindən xəbərdarlıq formasında töhmət verilib. 

Bundan başqa, Ucar rayonu Rəstəcə kənd tam orta məktəbinin direktoru Rahib Rəsulova da eyni cəza verilib. 

Buna səbəb bir müddət öncə məktəbdə 9-cu sinif şagirdinin sinif yoldaşını bıçaqlaması olub. 

Ağarza Elçinoğlu