"Harri Potter" filmlərində Kök keşiş obrazını canlandıran britaniyalı aktyor Saymon Fişer-Bekker 63 yaşında vəfat edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Fişer-Bekker bazar günü, martın 9-da dünyasını dəyişib. Britaniyalının ölüm səbəbi açıqlanmayıb.

Fişer-Bekker 2001-ci ildə ekranlara çıxan “Harri Potter və Fəlsəfə Daşı” filmində Kabus Kök keşiş obrazını canlandırdıqdan sonra geniş tanınıb.