Ukrayna hakimiyyəti əməkdaşlıq edib öz təşəbbüslərini həyata keçirsəydi, Ukrayna Krımsız və Donbasın bir hissəsi olmadan 1991-ci il sərhədlərini saxlaya bilərdi.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı blogerlər Mario Naufal, Larri Conson və Endryu Napolitanoya müsahibəsində deyib.
"Əgər onlar əməkdaşlıq edib öz təşəbbüslərini həyata keçirsəydilər, hələ də Krımsız, Donbasın bir hissəsi olmadan 1991-ci il sərhədlərinə sahib olacaqdılar. Onlar hər dəfə aldadanda, bu fırıldaqlarına görə uduzurlar", - deyə XİN rəhbəri açıqlayıb.
Ağarza Elçinoğlu