Xəzər rayonunda dələduzluq edən şəxslər saxlanılıb.
"Unikal" DİN-ə istinadən xəbər verir ki, Xəzər rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə polisə məlumat daxil olub.
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə zərərçəkənin 22300 manatını aldadaraq ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı Ə.Abbasov və 23 yaşlı S.Salikov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.