“Liverpul” İngiltərə Liqa Kubokunun finalında “Nyukasl”a qarşı oyuna ciddi itki ilə çıxacaq.

"Unikal" xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu Trent Aleksandr-Arnold zədələnib. 26 yaşlı müdafiəçi Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyunu zamanı topuq nahiyəsindən xəsarət alıb.

Xatırladaq ki, “Liverpul” və “Nyukasl” komandaları arasında final oyunu martın 16-da keçiriləcək.