Ağstafada dönərdən zəhərlənən şəxslərin adları məlum olub.
"Unikal" xəbər verir ki, zəhərlənən şəxslər rayon sakinləri 2021-cü il Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə,2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.
Hazırda zəhərlənən şəxslərə tibbi yardım göstərilir.
XXX
21:21
Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonda yerləşən dönərxanaların birində baş verib. Belə ki, 10 nəfərə yaxın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər, onlara yardım edilib. Məlumata görə həmin şəxslər dönərdən zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov