Şəmkir sakini güllə yarası alıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Səməd Vurğun kəndində baş verib. Kənd sakini 1970-ci il təvəllüldü Elxan Mayılov ağcadan yıxılıb. O yıxılan zaman əlində olan silahdan açılan atəş nəticəsində xəsarət alıb. E.Mayılov xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov