19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 17-dən 23-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.

"Unikal" xəbər verir ki, hazırlıq çərçivəsində U-19-un martın 19-da və 22-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü təşkil olunacaq. Hər iki oyun saat 17:00-da başlayacaq.
Milliyə dəvət edilən futbolçularla tanış ola bilərsiniz:

Həbib Hüşənov ("Qəbələ"), Ayxan Əlizadə ("Sabah"), Aftandil Arıxov ("Sumqayıt"), Murad Mustafayev ("Neftçi"), Rəşad Alışov ("Qarabağ"), Ömər Həsənli ("Qarabağ"), Əli Nəbizadə ("Neftçi"), Seydi Danzıyev ("Sabah"), Vüsal Paşayev ("Sumqayıt"), Həsən Mahmudlu ("Neftçi"), Əli Qurbanov ("Sumqayıt"), Elton Babazadə ("Qarabağ"), Hikmət Cəbrayılzadə ("Qarabağ"), Emin Feyzullayev ("Sabah"), Babamirzə Mehdiyev ("Sabah"), Məsud Əlişanlı ("Qarabağ"), Ziya Şəkərxanov ("Qəbələ"), Əmir Əliyev ("Sabah"), Ömər Kərimov ("Qəbələ"), Arzu Mədətov ("Turan Tovuz"), Məmməd Mahmudlu ("Stad Nyon", İsveçrə), Rauf Qafarov ("Zirə"), Nihad Orucəli ("Sumqayıt"), Toğrul Tapdıqlı ("Sumqayıt")