Prezident Donald Tramp ABŞ silahlı qüvvələrinə Yəməndəki husi üsyançılarına güclü zərbələr endirməyi əmr edib.

"Unikal" xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında yazıb.

"Bu gün mən ABŞ ordusuna yəmənli terrorçulara - husilərə qarşı qəti və güclü addımlar atmağı əmr etdim", - ABŞ lideri bildirib.

Tramp qərarını husilərin gəmilərə, təyyarələrə və dronlara atəş açması ilə əsaslandırıb.

"Husi terrorçularına mesaj göndərirəm - sizin vaxtınız bitdi. Bu gün hücumu dayandırmalısınız. Əks halda, heç vaxt yaşamadığınız cəhənnəm əzabı çəkəcəksiniz", - deyə ABŞ Prezidenti əlavə edib.