Cəlilabad rayonunda meyit tapılıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Maşlıq kəndində baş verib.
Tapılan meyit 2001-ci il təvəllüdlü Elvin Abdullayevə məxsusdur. Onun intihar etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 14:10
Cəlilabadda meyit tapılıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, rayonun Maşlıq kəndində kənd sakini 2001-ci il təvəllüdlü Elvin Abdullayevin meyiti tapılıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə verilib.
Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.
Fakta görə araşdırma aparılır.
Xəlil Əliyev